Azərbaycan dəri istehsalını fevralda 21 dəfə artırıb

Sənaye
  • 29 mart, 2025
  • 17:32
Azərbaycan dəri istehsalını fevralda 21 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 7 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə çoxdur.

Təkcə fevralda isə ölkədə 6,3 min kvadratmetr dəri istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 21 dəfə çoxdur.

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 140 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 64,5 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 0,6 % çoxdur.