"Fitch": SOCAR Türkiyədəki fəaliyyətinə dair yekun investisiya qərarı qəbul edəcək
- 15 sentyabr, 2026
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin sonunadək Türkiyədəki fəaliyyətinin genişləndirilməsi planı üzrə yekun investisiya qərarını qəbul edəcək.
"Report" "Fitch" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, söhbət şirkət tərəfindən 2025-ci ilin əvvəlində təqdim edilmiş 7 milyard ABŞ dolları dəyərində proqramdan gedir.
"Bu layihə ilə Türkiyədə ölkənin poliolefin idxalından asılılığının azaldılmasına və onun ümumi sənayesinin yüksəldilməsinə yönəlmiş yeni istehsal güclərinin inşası nəzərdə tutulurr", - beynəlxalq reytinq agentliyinin hesabatında vurğulanıb.
Xatırladaq ki, "SOCAR Turkiye Enerji"nin neft emalı və neft-kimya bölməsinin rəhbəri Kənan Mirzəyev bildirmişdi ki, söhbət həm mövcud müəssisələrin gücünün artırılmasından, həm də yeni zavodların inşasından gedir.