Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Maliyyə
  • 15 sentyabr, 2026
  • 11:04
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 4 milyard 737,8 milyon ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 12,4 %-i qədər profisit formalaşıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,05 dəfə çoxdur.

"Yanvar-iyun aylarında tədiyyə balansımız qlobal mühitdə baş verən proseslərdən çox təsirlənib. Dünyadakı əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət dəyişkənliyi bizim tədiyyə balansına birbaşa təsir edib. 6 ayda CƏB üzrə neft-qaz sektorunda 9 milyard ABŞ dolları profisit (1 il əvvələ nisbətən 23,6 % çox), qeyri-neft sektorunda isə 4,3 milyard ABŞ dolları (13,7 % az) kəsir yaranıb", - deyə AMB rəsmisi əlavə edib.

44 - Tezliklə