Zaqatalada mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB
- 13 may, 2019
- 07:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Zaqatala rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları açıqlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Yaralılar:
1959-ci il təvəllüdlü Məmmədov Əlibaba Kamil oğlu,
1994-ci il təvəllüdlü Hüseynov Ceyhun İman oğlu,
1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu,
1960-cı il təvəllüdlü Cabbarov Həmid İslam oğlu,
1978-ci il təvəllüdlü Sattaraov Emin Cəbrayıl oğlu,
1989-cu il təvəllüdlü Kərimov Məhəmməd Əli oğlu
*** 09:28
Zaqatala rayonunda mikroavtobusun aşması ilə ağır yol-nqəliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə zamanı 6 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar: "Xəsarət alanlardan ən ağırı 15 yaşlı qız bud sümüyünün sınığı diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digərlərinin xəsarətləri ağır olmadığından tez bir zamanda evə buraxılacaqlar".