Yeganə Abbasova: Azərbaycan vətəndaşlarının sümük iliyi transplantasiyası üçün xaricə getməyinə ehtiyac qalmayacaq
- 31 oktyabr, 2026
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaxın zamanda Azərbaycan vətəndaşlarının sümük iliyi transplantasiyası üçün xaricə getməyinə ehtiyac qalmayacaq.
"Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfransda deyib.
Onun sözlərinə görə, gələcək hədəflərdən biri vahid informasiya sisteminin sümük iliyi donorları reystrinin hazırlanmasıdır:
"Düşünürəm ki, bu reystr hazırlanacaq və yaxın gələcəkdə sümük iliyi transplantasiyası üçün vətəndaşlarımız xaricə getməyəcək. Əksinə xaricdən bizim ölkəmizə bu əməliyyat üçün gələcəklər".