ÜST: Ebolaya yoluxanların sayı 9 min 500 nəfərə yaxınlaşır

Sağlamlıq
  • 20 fevral, 2015
  • 18:21
ÜST: Ebolaya yoluxanların sayı 9 min 500 nəfərə yaxınlaşır

Bakı. 20 Fevral. REPORT.AZ/ Qərbi Afrikada Ebola virusuna yoluxma nəticəsində ölənlərin sayı 9 min 442 nəfərə çatıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir. Hazırda Ebolaya yoluxanların sayı 23 min 371 nəfərdir.

Məlumata görə, epidemiya sona çatmaq üzrədir.