ÜST: "Bu ilin sonuna kimi Ebola virusu təhlükəsi aradan qaldırılacaq"
Sağlamlıq
- 05 avqust, 2015
- 05:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 avqust. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ilin sonuna kimi Ebola virusu təhlükəsinin aradan qaldırılacağı haqda bəyanat yayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ÜST-ün baş direktor müavini Brus Aylvard deyib.
O bildirib ki, virus təhlükəsinin davam etdiyi Qərbi Afrikada keçən həftə yalnız iki insanda epidemiyaya yoluxma halı aşkar olunub: "Buna görə də virusun olma riski hələlik davam edir. Lakin virus təhlükəsinin il sonuna kimi aradan qaldırılmasını hədəfləmişik".
Xatırladaq ki, ÜST-ün yaydığı son statistikaya əsasən, Qərbi Afrikanın 3 bölgəsində təxminən 27 786 nəfərdə Ebola virusu aşkar olunub və epidemiyadan bu günə kimi 11 294 nəfər ölüb.
ВОЗ: До конца этого года угроза вируса Эбола будет устранена
WHO: West Africa Ebola epidemic could be over by year end
Son xəbərlər
22:57
Lisandro Martines işlətdiyi ifadələrə görə "Mançester Yunayted" rəhbərliyindən üzr istəyib
Futbol
22:52
FIFA Trampın Baloqanın işinə müdaxiləsindən sonra intizam prosedurlarına yenidən baxacaq
Futbol
22:37
ABŞ İranla əlaqələrinə görə Kuba bankına qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr
22:27
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Region
22:18
Almaniya Bundesliqasında cari mövsüm yeni qol rekordu qeydə alınıb
Futbol
22:05
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır
Xarici siyasət
21:48
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb
Digər ölkələr
21:37
AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib
İnfrastruktur
21:29
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib
Futbol