ÜST-ün baş direktoru vəzifəsinə seçkilər keçiriləcək, hazırkı rəhbər yeganə namizəddir

Sağlamlıq
  • 29 oktyabr, 2021
  • 12:10
ÜST-ün baş direktoru vəzifəsinə seçkilər keçiriləcək, hazırkı rəhbər yeganə namizəddir

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər qurumun hazırkı baş direktoru Adan Qebreyesusun namizədliyini ikinci 5 il müddətinə yenidən irəli sürüblər.

“Report” xəbər verir ki, məlumatı oktyabrın 29-da ÜST Katibliyi yayıb.

Bildirilib ki, təşkilata üzv 28 dövlət müəyyən edilmiş müddətdə namizədlə bağlı təkliflərini göndəriblər.

Məlumata görə, baş direktorun növbəti səlahiyyət müddəti 2022-ci ilin mayında ÜST-ün 75-ci Assambleyasında təsdiqlənəcək.

Həmin il avqustun 16-dan isə yeni baş direktor səlahiyyətlərinin icrasına başlayacaq.