Həkim: “Uşaqların daim valideynin qucağında getmək istəməsi hansısa problemin olmasından xəbər verə bilər”

Sağlamlıq
  • 13 sentyabr, 2023
  • 11:30
Həkim: “Uşaqların daim valideynin qucağında getmək istəməsi hansısa problemin olmasından xəbər verə bilər”

“Uşaqlar yerimək istəmirsə, davamlı olaraq valideynin qucağında getmək istəyirsə, bu məsələdə diqqətli olmaq lazımdır”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib.

Onun sözlərinə görə, bu hər hansısa bir problemin olmasından xəbər verə bilər:

“Əslində problemin olub-olmadığını valideynlər həmin an uşaqların yeriyərkən ayağını yerə necə basmasına baxaraq müəyyən mənada anlaya bilərlər. Əgər uşaq ayağını yerə rahat basmırsa o zaman travmatoloq ortaped müayinəsi tövsiyə olunandır”.

44 filmi