UNICEF: Azərbaycanda hər 10 uşaqdan 2-si həyatlarının ilk saatında ana südü alır
- 31 iyul, 2018
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan körpələrin 20%-dən az bir hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir.
UNICEF-in Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) və Ümudünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında deyilir.
"Məqamı yaxala (Capture the Moment)" adlı həmin hesabata əsasən, Azərbaycanda hər 10 yeni doğulan körpədən yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.
Ümumilikdə isə dünyada təxminən 78 milyon körpənin və ya hər beş körpədən üçünün doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanmır, bu da körpələr arasında ölüm və xəstəlik riskini artırır.