Səhiyyə Nazirliyi: "Yanvarın 11-də sertifikasiya imtahanları bərpa ediləcək"

Sağlamlıq
  • 06 yanvar, 2023
  • 12:16
Səhiyyə Nazirliyi: Yanvarın 11-də sertifikasiya imtahanları bərpa ediləcək

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınan sertifikasiya imtahanları yanvarın 11-dən etibarən keçirilməsi bərpa edilir.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanı təxirə salınan şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri yanvarın 9-da təkrar göndəriləcək.

Yanvarın 11-də keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.