Azərbaycanda şəkərli diabet xəstəliyinin xərcləri icbari tibbi sığorta hesabına qarşılana bilər

Sağlamlıq
  • 23 oktyabr, 2025
  • 16:32
Azərbaycanda şəkərli diabet xəstəliyinin xərcləri icbari tibbi sığorta hesabına qarşılana bilər

Gələn il Azərbaycanda şəkərli diabet xəstəliyi ilə bağlı xərclərin İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına qarşılanması proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, növbəti il "Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər"lə yanaşı, "Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər ilə bağlı xərclər", "Hemofiliya xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər", "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər", "2023-2027-ci illər üzrə ixtioz və buliyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı"nın maliyyələşdirilməsi ilə bağlı xərclər", "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirləri ilə bağlı xərclər", "Vərəmlə mübarizə tədbirləri ilə bağlı xərclər" və "Uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri ilə bağlı xərclər" dövlət proqram və tədbirləri üzrə xərclərin icrasının İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti