Səhiyyə Nazirliyi: "Böyrəklərdə mövcud problemi USM ilə ilkin mərhələdə təyin etmək mümkün olur"
- 17 fevral, 2023
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyrəklərdə mövcud problemi USM ilə ilkin mərhələdə təyin etmək mümkün olur.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Elnur Fərəcov deyib.
O bildirib ki, bütün xroniki gedən xəstəliklərdə olduğu kimi, böyrək xəstəlikləri də mümkün olduğu halda tez aşkar olunarsa, müalicə daha qısa müddətli və daha effektiv olur: "Öncə qeyd etdiyim kimi, bu xəstəlik qrupu bir çox hallarda simptomsuz keçə bilir və zamanında aşkarlanması üçün profilaktik müayinələrdən keçmək tövsiyə olunur. Bunlar sadə və hər bir tibb müəssisəndə aparılan müayinələrdir, iki ildən bir sidiyin ümumi analizi, qanda kreatinin, sidik cövhəri, sidik turşusu kimi maddələrin təyini və nahayət böyrəklərdə mövcud olan problemi USM ilə ilkin mərhələdə təyin etmək mümkün olur".