Yotova və Qyurov Bolqarıstanda prezident seçkilərinin ikinci turunda iştirak edəcəklər

Digər ölkələr
  • 26 oktyabr, 2026
  • 12:28
Yotova və Qyurov Bolqarıstanda prezident seçkilərinin ikinci turunda iştirak edəcəklər

Bolqarıstanın prezident və vitse-prezident seçkilərində İliyana Yotova (prezidentliyə namizəd) və Kiril Valçev (vitse-prezidentliyə namizəd) liderliyi qoruyurlar, onlar səslərin 34,69 %-ni toplayırlar.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstan mediası Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb. Bülletenlərin 99%-i hesablanıb.

İkinci turun noyabrın 1-də keçiriləcəyi gözlənilir. Seçici fəallığı 50 %-dən az təşkil edib.

Qeyd olunub ki, ikinci yeri 31,98 % səslə Andrey Qyurov və Georgi Kandev tutublar.

Beləliklə, prezidentlik yarışının iki lideri - Yotova və Qyurov arasındakı fərq təxminən 2,72 faiz bəndi təşkil edir.

Yotova Bolqarıstan Sosialist Partiyasını təmsil edir, Qyurov isə heç bir partiyanı təmsil eləmir, lakin onu mərkəzçi "Dəyişiklikləri davam etdiririk" və "Demokratik Bolqarıstan" partiyaları dəstəkləyib.

Ümumilikdə seçkilərdə partiyalar, koalisiyalar və təşəbbüs komitələri tərəfindən irəli sürülən 27 cüt namizəd iştirak edib, onlar seçicilərin etimadı uğrunda mübarizə aparırlar.

Bolqarıstanda prezident seçkiləri vaxtından əvvəl keçirilir, çünki sabiq dövlət başçısı Rumen Radev bu il daha əvvəl ölkədə keçirilmiş parlament seçkilərində iştirak etmək üçün yanvar ayında istefa verib.