Respublika Narkoloji Mərkəzi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına salınıb

Sağlamlıq
  • 20 iyul, 2018
  • 21:13
Respublika Narkoloji Mərkəzi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına salınıb

Bakı. 21 iyul. REPORT.AZ/ "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"na əlavələr edilib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 62-ci km-də Kür çayı üzərində körpü (Kürdəmir rayonu) və paytaxtdakı Respublika Narkoloji Mərkəzi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"na əlavə edilib.

44 filmi