Quduzluğa qarşı vaksin neçə dozada vurulur?

Sağlamlıq
  • 28 sentyabr, 2022
  • 11:15
Quduzluğa qarşı vaksin neçə dozada vurulur?

"Quduzluğa qarşı vaksin xüsusi qrafiklə vurulur. Zədələnmə nahiyəsindən asılı olaraq 3 doza miqdarında quduzluq əleyhinə peyvənd edilir".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova deyib.

Onun sözlərinə görə, vaksinin ilk dozası müraciət günü, dişləmədən sonrakı 3-cü gün və sonuncusu 7-ci gündə vurulur. Şöbə müdiri bildirib ki, inkubasiya dövrü 1 ay, minimal dövr isə 10 gündür.

C.Cəfərova qeyd edib ki, vaksin vurulandan bir müddət sonra heyvan dişləməsi faktı olarsa həkim-cərrah məsləhəti ilə yenidən müalicə başlaya bilər: “Vaksin tam kurs (5 iynə, 3 iynə də bəs edir) edilərsə, bir il müddətinə qoruyur”.

Nazirlik rəsmisi həmçinin xatırladıb ki, Azərbaycana uzun illərdir quduzluğa qarşı Hindistan istehsalı olan vaksin gətirilir.

44 - Tezliklə