Qubada qanvermə aksiyası keçirilib
- 25 fevral, 2022
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Qubada qanvermə aksiyası keçirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, qanvermə aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun nəzdində Mərkəzi Qan Bankı və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə keçirilən aksiyada Quba rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri könüllü iştirak ediblər.
Mərkəzi Qan Bankının Quba bölməsində təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb. Xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah iş olduğunu söyləyiblər.