"Sizin Lombard"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 28 sentyabr, 2026
- 15:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 2-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyalar girov qoyulması müqabilində qısamüddətli kreditlər verən "GL" ASC-nin 6,9 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 500 manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 5 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.