"Barselona" iki müdafiəçi ilə maraqlanır

Futbol
  • 28 sentyabr, 2026
  • 15:36
Barselona iki müdafiəçi ilə maraqlanır

İspaniyanın "Barselona" klubu heyətinə iki yeni futbolçu qata bilər.

"Report" yerli "sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müdafiə mövqeyini gücləndirmək niyyətindədir.

Hazırkı ölkə çempionu Almaniyanın "Leyptsiq" komandasından David Raum və İngiltərənin "Kristal Pelas" klubundan Tayrik Mitçellə maraqlanır.

Hər iki oyunçunun müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır. "Barselona" da futbolçuları azad agent kimi transfer etməyi planlaşdırır.