Polislər talassemiya xəstələrinə qan veriblər
- 12 fevral, 2018
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 fevral. REPORT.AZ/ Prezidentin təsdiq etdiyi "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na və Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Talassemiyasız həyat naminə" proqram layihəsinə uyğun olaraq, paytaxtda və bölgələrdə qanvermə aksiyaları baş tutub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Qan ver, yaşat!" devizi ilə gerçəkləşən humanist aksiya çərçivəsində növbəti tədbir DİN-in Əlahiddə Çevik Polis Alayında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı və dəstəyi ilə gerçəkləşdirilib.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilib, sonra isə qan veriblər.
Qeyd edək ki, gün ərzində yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.