Səhiyyə Nazirliyinin rəsmisi: "Müayinə olunacaq şəxslərin təxminən 24%-i Bakının payına düşür"
- 29 may, 2015
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 may. REPORT.AZ/ "2013-2014-cü illərin statistikası göstərir ki, bir ilə orta hesabla Azərbaycanda 85-90 min nikah qeydə alınır. Bu isə 170-180 min şəxsin müayinə olunması deməkdir". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin kollegiya iclasında çıxışı zamanı deyib.
O bildirib ki, müayinə olunacaq şəxslərdən təxminən 24%-i Bakı şəhərinin payına düşür, qalan 76%-i isə respublikanın regionlarına aiddir: “Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180-ə yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir”.
G.Poladov çıxışının sonunda belə bir əhəmiyyətli tədbirə cəlb olunan müəssisələrin sayının yetərincə olmasını yerlərdə bu işin öhdəsindən layiqincə gəlinəcəyinə əminlik yaratdığını deyib.