Mərkəzi Neftçilər Xəstəxanası Xocalı sakinlərini pulsuz müayinə və müalicə edəcək

Sağlamlıq
  • 25 fevral, 2015
  • 05:10
Mərkəzi Neftçilər Xəstəxanası Xocalı sakinlərini pulsuz müayinə və müalicə edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ Mərkəzi Neftçilər Xəstəxanası Xocalı soyqırımı ərəfəsində Xocalı sakinlərinin pulsuz müayinə və müalicəsini icra edəcək. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xocalı sakinləri fevralın 26-da saat 9:00-dan 14:00-dək Mərkəzi Neftçilər Xəstəxanasının Poliklinika şöbəsinə şəxsiyyətlərini təsdiq edən sənədlə yaxınlaşa bilərlər.