Koronavirusun QİÇS-li xəstələrə təsiri açıqlanıb

Sağlamlıq
  • 01 dekabr, 2021
  • 12:46
Koronavirusun QİÇS-li xəstələrə təsiri açıqlanıb

“QİÇS-ə yoluxan şəxs bütün növ xəstəlikləri ağır keçirir. Çünki bu, immun sistemini sıradan çıxarır və digər infeksion xəstəliklərə qarşı müqavimət göstərə bilmir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Nazirlik rəsmisi bildirib ki, antiretrovirus terapiyası qəbul edən şəxslər isə koronavirusa yoluxarlarsa, xəstəliyi o qədər də ağır keçirməyə bilərlər: “Hazırda bütün pasiyentlərlə sıx təmasdayıq. Tibbi tövsiyələr verilir”.