İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2

Region
  • 08 oktyabr, 2026
  • 12:31
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb  - YENİLƏNİB - 2

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Məlumata görə, hazırda iki nəfərin axatrışları davam edir.

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən yeddimərtəbəli yaşayış binasının dağıntılarının altından bir nəfərin meyiti çıxarılıb.

"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 3 nəfərin axtarışları davam edir.

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb.

"Report" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb.

Hadisə nəticəsində ölənlərin olub-olmadığına dair məlumat paylaşılmayıb.

44 - Tezliklə