İstehlaka yararsız qida məhsulları məhv edilib

Sağlamlıq
  • 31 may, 2022
  • 13:45
İstehlaka yararsız qida məhsulları məhv edilib

İstehlaka yararsız qida məhsullarının məhv edilib.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “Foodini” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi 3171.54 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

44 - Tezliklə