İnfeksionist: Hazırda Azərbaycanda qripə kütləvi yoluxma halı müşahidə olunmur

Sağlamlıq
  • 18 sentyabr, 2024
  • 11:13
İnfeksionist: Hazırda Azərbaycanda qripə kütləvi yoluxma halı müşahidə olunmur

Hazırda Azərbaycanda qrip virusu ilə əlaqəli kütləvi yoluxma halı müşahidə olunmur.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qrip və mövsümi viruslarla bağlı danışarkən deyib.

O bildirib ki, bu səbəbdən statistika üçün böyük rəqəmlər yoxdur: “Ümumilikdə, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”.

İnfeksionist vurğulayıb ki, Azərbaycana gətirilən qrip əleyhinə peyvəndlər effektli və təhlükəsizdir.

44 filmi