Cəlilabadın Göytəpə şəhərində xəstəxana üçün yeni bina tikiləcək 

Sağlamlıq
  • 28 dekabr, 2023
  • 15:22
Cəlilabadın Göytəpə şəhərində xəstəxana üçün yeni bina tikiləcək 

Cəlilabad rayonunun Göytəpə şəhərində xəstəxana üçün yeni bina inşa olunacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, xəstəxana binası 2 hektar sahədə inşa olunacaq.

Səhiyyə ocağı 3 mərtəbəli olmaqla 60 çarpayıdan ibarət olacaq.

Məlumata görə, tibb ocağında sakinlərə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq.