Bu il Bakıda dövlət tibb müəssisələrinə 1 839 882 şəxs müraciət edib

Sağlamlıq
  • 21 dekabr, 2022
  • 12:13
Bu il Bakıda dövlət tibb müəssisələrinə 1 839 882 şəxs müraciət edib

"Bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 1 839 882 şəxs 6 691 074 dəfə müraciət edib".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O qeyd edib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 16 305 250 olub: "Ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 41 %-i və göstərilən tibbi xidmətlərin 40 %-i Bakı şəhərinin payına düşür. Bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 2 781 823 şəxs 9 683 029 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 23 971 754 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 59%-i və göstərilən tibbi xidmətlərin 60 %-i regionların payına düşür".