Azərbaycanda iki məhkəmə hakimi koronavirusa yoluxub
- 01 fevral, 2022
- 08:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda iki məhkəmə hakimi koronavirusa yoluxub.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimləri - Elbəy Allahverdiyev və Camal Ramazanovun verdikləri COVID-19 testinin nəticələri pozitiv çıxıb.
Nəticədə hakimlərin icraatında olan məhkəmə işləri təxirə salınıb.
Qeyd edək ki, hakim E.Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN Baş İstintaq İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, həmin İdarənin keçmiş rəis müavini, birinci şöbənin rəisi Yasin Məmmədov, İstintaq İdarəsinin ikinci şöbənin eks rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq İdarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun cinayət işi araşdırılır.