Azərbaycan əhalisi əczaçılıq xərclərini bir ildə 22 %-ə yaxın artırıb

Biznes
  • 13 oktyabr, 2026
  • 16:14
Azərbaycan əhalisi əczaçılıq xərclərini bir ildə 22 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 386,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 21,5 % çoxdur.

Ötən 9 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

44 - Tezliklə