3 obyektin qeydiyyata alınmasından imtina olunub
- 19 mart, 2021
- 13:40

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 18 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
AQTA-dan "Report"a verilən məlumata görə, həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | İBRAHİM ŞİRDANOV RƏCƏB OĞLU | İlkin istehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 | VAQİF QURBANOV MÜSLÜM OĞLU | İlkin istehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 | ELÇİN ƏLİYEV NOFƏL OĞLU | İctimai iaşə | Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.