Zelenski: Hər ay "Patriot" üçün cəmi 12 raket alırıq, ehtiyacımız isə bundan çoxdur

Region
  • 28 oktyabr, 2026
  • 12:17
Zelenski: Hər ay Patriot üçün cəmi 12 raket alırıq, ehtiyacımız isə bundan çoxdur

Ukrayna bu il ərzində hər ay "Patriot" sistemləri üçün orta hesabla cəmi 12 raket alır, ölkənin ehtiyacları isə bundan qat-qat çoxdur.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

"PURL proqramı bir çox fərqli nüansları nəzərdə tutur: "F-16" üçün 20 millimetrlik mərmilər, HIMARS, eləcə də "Patriot" və AIM. Biz ABŞ-dən çox şey alırıq. Avropa ödəniş etdi, hər şey gəldi və hər şey yaxşı idi. Lakin bəzi hallarda, xüsusən də "Patriot"la bağlı, bu, böyük bir çağırışdır. Ayda orta hesabla 12 raket - 2026-cı ildə əldə edəcəyimiz budur", - o qeyd edib.

Onun sözlərinə görə, Ukraynaya raketlərin verilməsi məsələsində irəliləyiş var, lakin proses çox yavaş gedir.

Daha əvvəl V.Zelenski bildirmişdi ki, son üç ay ərzində Ukrayna ABŞ-dən "Patriot" sistemləri üçün cəmi 24 ələkeçirici raket alıb, halbuki onun ehtiyacları xeyli böyükdür.

44 filmi