İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Xarici siyasət
  • 28 oktyabr, 2026
  • 21:53
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib.

Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm.

Bütün xəsarət alanlara tezliklə sağalmalarını arzulayıram", - paylaşımda bildirilib.

44 filmi