Yerevan polisi etirazçıları məsuliyyətə cəlb edəcəyi ilə hədələyib

Region
  • 14 aprel, 2018
  • 23:48
Yerevan polisi etirazçıları məsuliyyətə cəlb edəcəyi ilə hədələyib

Bakı. 15 aprel. REPORT.AZ/ Yerevan polisi etirazçıları məsuliyyətə cəlb edəcəyi ilə hədələyib.

"Report" xəbər verir ki, buna səbəb Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə narazılıq edən aksiyaçıların müxalifətçi deputat Nikol Paşinyanla birlikdə bir neçə dəqiqəlik Yerevanda İctimai radionun binasına daxil olmalarıdır. 

Qeyd edək ki, binaya daxil olan deputat ona canlı efir verilməsini tələb edib. Polis bu hərəkətə görə onları məsuliyyətə cəlb edəcəyi ilə hədələyib.

Dünən günorta saatlarında Ermənistanın əsas radiosu müxalifət qüvvələri tərəfindən ələ keçirilərək 1926-cı ildən ilk dəfə yayımını dayandırılmışdı.

Müxalifət nümayəndələri radionun binasına daxil olandan sonra yayım kəsilmişdi.

44 - Tezliklə