Volodimir Zelenski Londonda Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB-2

Region
  • 08 fevral, 2023
  • 13:02
Volodimir Zelenski Londonda Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB-2

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunakla müharibədəki son durumu müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisindən bildirilib.

Qeyd olunub ki, Zelenski hərtərəfli dəstəyə görə Sunaka təşəkkür edib.

O, Britaniyanın Ukraynanın sadiq tərəfdaşı olduğunu söyləyib.

Bundan başqa, Ukrayna lideri işğal altındakı əraziləri azad etmək üçün müttəfiqlərdən lazımi silahların alınmasının vacibliyini ifadə edib.

Görüş zamanı liderlər müdafiə sahəsində əməkdaşlığı və ikitərəfli gündəliyin bütün məsələlərini müzakirə ediblər.

15:05

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Report” xəbər verir ki, bunu R.Sunak tviterdə yazıb.

“Britaniyaya xoş gəldin, Prezident Zelenski”, - hökumət başçısı bildirib.

14:52

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir.

“Report” “Sky nyus”a istinadən xəbər verir ki, dövlət başçısının olduğu təyyarə Londona çatıb.

V.Zelenskinin Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşəcəyi gözlənilir.

İki ölkə liderləri Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar. Onların, həmçinin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

44 - Tezliklə