Tutulan Ermənistan vətəndaşı ukraynalılara qarşı talançılıqla məşğul olub

Region
  • 26 fevral, 2022
  • 13:11
Tutulan Ermənistan vətəndaşı ukraynalılara qarşı talançılıqla məşğul olub

Ukraynada saxlanılan Ermənistan vətəndaşının görüntüləri yayılıb.

“Report” xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb.

Üzərində Ermənistan Silahlı Qüvvələrinin hərbi bileti olan 32 yaşlı Tiqran Ukraynadakı müharibədən istifadə edərək talançılıqla məşğul olduğu məlum olub.

“Səhvimi boynuma alıram, başa düşürəm ki, düzgün etməmişəm. Mən çox peşmanam və Ukrayna millətinə hörmət edirəm”, - dizüstə çökərək Tiqran bildirib.

12:07

Ukraynanın Xarkov şəhərində Rusiya qüvvələrinin sıralarında döyüşən Ermənistan vətəndaşı əsir götürülüb.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, onun üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi bilet aşkar edilib.

Tutulan Ermənistan vətəndaşı ukraynalılara qarşı talançılıqla məşğul olub

44 - Tezliklə