Novorossiyskdə PUA hücumuna görə fövqəladə vəziyyət rejimi tətbiq edilib - YENİLƏNİB-3
- 24 sentyabr, 2025
- 17:10

Novorossiyskdə Ukrayna Silahlı Qüvvələrinin PUA hücumuna görə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Andrey Kravçenko bildirib.
Onun sözlərinə görə, xidmətlərin fəaliyyətini əlaqələndirmək üçün əməliyyat qərargahı işə başlayıb.
Qeyd edək ki, hazırda yeddi nəfərin xəsarət aldığı məlumdur.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrlə Rusiya şəhəri Novorossiyskın mərkəzinə hücumu nəticəsində Xəzər Boru Kəməri Konsorsiumu - "KTK-R" SC ofisi zərər görüb.
Bu barədə "Report"un Qazaxıstan bürosu Xəzər Boru Kəməri Konsorsiumu (KTK) mətbuat xidmətinə istinadən xəbər verir.
Onların məlumatına görə, şirkətin iki işçisi müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.
"İnzibati ofisin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, işçilər təxliyə edilib", - məlumatda vurğulanır.
Ukrayna Silahlı Qüvvələrinin Novorossiyskin mərkəzinə hücumu nəticəsində iki nəfər həlak olub, üç nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə istinadən bildirib.
"Pilotsuz uçuş aparatları vasitəsilə şəhərin mərkəzinə zərbə endirilib. Şəhərin mərkəzi hissəsinə, "Novorossiysk" mehmanxanası ərazisinə hücum edilib", - o qeyd edib.
Pilotsuz uçuş aparatının qalıqları beş evin və "Novorossiysk" mehmanxanasının fasadını zədələyib.