Ukrayna qoşunlarının şərq istiqamətində irəliləyə bildiyini açıqlayıb
- 06 oktyabr, 2023
- 01:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna qoşunları əks-hücum teatrının şərqində irəliləyə biliblər. Lakin şimalda təzyiq altındadırlar.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri bildiriblər.
Ukraynanın “Şərq” qüvvələri qrupunun sözçüsü İlya Yevlaş deyib ki, Su-35 qırıcı təyyarələri ilə dəstəklənən Rusiya qoşunları Luqansk vilayətinin Makiivka istiqamətində cəbhə xətti boyunca həmləyə başlayıb.
“Ən çətin ərazi Liman-Kupyansk sektorudur”, - rəsmi nümayəndə Ukrayna televiziyasına bildirib.
“Orada hücumların intensivliyi artıb... Düşmən yeni məntəqəni – Makiivkanı seçib və oraya bu istiqamətdəki əsas səylərini yönəldir. Sözsüz ki, biz də düşmənin hücumlarını dəf edir və canlı qüvvə və texnikasına ziyan vururuq”.
Agentlik qeyd edib ki, Liman və Kupyansk yaxınlığında döyüş əməliyyatları vaxtaşırı alovlanır. Ukraynanın söylədiyinə görə, Rusiya sözügedən ərazidə 110 mindən çox hərbi qulluqçu cəmləşdirib.
Həmçinin şərqdə Ukrayna qoşunları viran qalmış Baxmut yaxınlığındakı mövqeləri qaytarmağa çalışır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son açıqlamasında Baxmutun cənubunda uğura nail olduğunu açıqlayıb.