Ukrayna Aİ-dən 500 milyon avro məbləğində ilk yardım tranşını alıb

Region
  • 01 avqust, 2022
  • 12:50
Ukrayna Aİ-dən 500 milyon avro məbləğində ilk yardım tranşını alıb

Ukrayna Avropa İttifaqından (Aİ) 500 milyon avro məbləğində ilk makroiqtisadi yardım tranşını alıb, növbəti tranşın sabah həyata keçirilməsi planlaşdırılır.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

Hökumət başçısı bildirib ki, 1 milyard avro müharibənin maliyyə fəsadlarının aradan qaldırılması məqsədilə Ukraynaya ayrılmış 9 milyard avro məbləğində böyük dəstək paketinin bir hissəsidir. Bu vəsait büdcənin ilkin ehtiyaclarının maliyyələşdirilməsinə kömək edəcək.