TÜRKPA Türk dünyasında dil birliyinə töhfə verməyi hədəfləyən iki layihə hazırlayıb

Region
  • 13 oktyabr, 2025
  • 11:47
TÜRKPA Türk dünyasında dil birliyinə töhfə verməyi hədəfləyən iki layihə hazırlayıb
Mehmet Süreyya Er

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) parlament diplomatiyasına və Türk dünyasında dil birliyini gücləndirməyə töhfə verməyi hədəfləyən "Qanun" və "Qamus" adlı iki layihə həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə TÜRKPA-nın baş katibi, səfir Mehmet Süreyya Er məlumat verib.

Onun sözlərinə görə, "Qanun" layihəsi Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistana aid hüquqi qanunvericiliyi təşkil edən mətnləri rəqəmsal mühitdə bir araya gətirərək ziyarətçilərinə beş dildə xidmət göstərir.

"Qanun" türkcə, Azərbaycan dili, qazaxca, qırğızca və ingiliscə dil seçimləri təqdim edən sistem sənədlərdə axtarış, filtrləmə, işarələmə və fərdi iş faylı yaratmaq kimi funksiyaları özündə birləşdirir.

Burada, həmçinin axtarış və filtrləmə, məlumatların idarə olunması, oxucu ekranı, işarələmə, sənəd yaradılması və müqayisəli təhlil kimi funksiyalar mövcuddur.

TÜRKPA-nın digər layihəsi "Qamus" isə türk dillərinin söz ehtiyatını müqayisəli şəkildə araşdırmaq imkanı yaradır.

Layihə türkcə, Azərbaycan türkcəsi, qazaxca, qırğızca, özbəkcə, türkməncə, başqırdca, tatarca və uyğurcadan ibarət olan rəqəmsal lüğət, elmi yoxlamadan keçmiş etibarlı mənbələr əsasında hazırlanıb.

Qeyd olunub ki, hər iki layihə TÜRKPA Baş katibi səfir Mehmet Süreyya Erin rəhbərliyi altında 2023-cü ildən etibarən hazırlanır. Yeni rəqəmsal platformalara masaüstü kompüter və mobil cihazlardan daxil olmaq mümkündür.

Sözügedən layihələrə turkpa.org, qanun.turkpa.orgqamus.turkpa.org saytları vasitəsilə daxil olmaq mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti