Ukrayna və ABŞ-nin bugünkü danışıqlarına yeni iştirakçılar cəlb edilib

Digər ölkələr
  • 19 dekabr, 2025
  • 21:22
Ukrayna və ABŞ-nin bugünkü danışıqlarına yeni iştirakçılar cəlb edilib

Ukrayna və ABŞ rəsmilərinin 19 dekabra nəzərdə tutulan görüşündə avropalı tərəfdaşlar da iştirak edəcək.

"Report"un "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umеrov "Telegram"da məlumat yayıb.

O, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Andrey Qnatov ilə birlikdə bu gün Amerika tərəfi ilə yeni məsləhətləşmələr mərhələsinə başlayacaqlarını söyləyib.

"Amerika tərəfinin dəvəti ilə bu formata Avropa tərəfdaşları da cəlb olunub. Ümumi baxışı qoruyub saxlamağa və razılaşdırılan şəkildə irəliləməyə imkan verən koordinasiya üçün ABŞ-yə təşəkkür edirik", - deyə Umеrov qeyd edib.

Onun sözlərinə görə, Ukrayna konstruktiv əhval-ruhiyyədədir. Xüsusilə avropalı müttəfiqlərlə ilkin məsləhətləşmələr aparılıb. Amerika rəsmiləri ilə növbəti danışıqlara hazırlıq gedir.

Umеrov məsləhətləşmələrin nəticələri barədə prezident Volodimir Zelenskiyə məruzə edəcəyini də bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti