​Türkiyənin Yunanıstandakı Baş Konsulluğunun binasına basqın olub

Region
  • 18 aprel, 2015
  • 12:18
​Türkiyənin Yunanıstandakı Baş Konsulluğunun binasına basqın olub

Bakı. 18 aprel. REPORT.AZ/ Yunanıstanın Selanik şəhərində Türkiyənin Baş Konsulluğunun binası qarşısında növbə çəkən polislərə molotov kokteyli atılıb.

"Report" xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb.

Basqınçılar həmin polislərə sarı 10-dan artıq molotov kokteyli tullayıblar.

Atılan partlayıcılar konsulluğun binasının divarını yandırıb.

Xatırladaq ki, indiyədək diplomatik missiyanın binası önündəki polis postuna doqquz dəfə bu sayaq basqın həyata keçirilib.