Türkiyənin keçmiş xarici işlər naziri Əfqanıstan üzrə koordinator təyin edilib

Region
  • 25 aprel, 2023
  • 19:58
Türkiyənin keçmiş xarici işlər naziri Əfqanıstan üzrə koordinator təyin edilib

Türkiyənin BMT-dəki daimi nümayəndəsi, ölkənin keçmiş xarici işlər naziri Firidun Sinirlioğlu Əfqanıstan Xüsusi Qiymətləndirmə Missiyasının koordinatoru təyin edilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik brifinqdə bildirib.

Sinirlioğluna Əfqanıstanın üzləşdiyi hazırkı təzyiq və problemləri müstəqil şəkildə öyrənmək və tövsiyələr vermək tapşırılıb.

Qeyd edək ki, Firidun Sinirlioğlu 2015-ci ildə Türkiyənin xarici işlər naziri olub.

44 filmi