Türkiyənin Iğdır şəhərində Urartu dövrünə aid məzarlıq tapılıb

Region
  • 11 yanvar, 2024
  • 12:51
Türkiyənin Iğdır şəhərində Urartu dövrünə aid məzarlıq tapılıb

Türkiyənin Iğdır şəhərində Urartu dövründən qalmış məzarlıq tapılıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məzarlığı kənd sakinləri aşkarlayıb.

Məlumata görə, məzarlıqda 3 oyuq olub. Bu ərazidən sonradan məscid kimi istifadə olunub.

Məzarlıqda giriş qapıları olmayan 2 otaq var.

Qeyd edək ki, ermənilər Urartunun qədim Ermənistan dövləti olduğunu iddia edirlər. Amma Urartunun türk dövləti olmasına dair konkret tarixi faktlar var.