AQEM Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq proseslərdə fəal mövqeyinin göstəricisidir - rəy
- 16 oktyabr, 2026
- 17:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın regional və beynəlxalq proseslərdə fəal mövqeyinin göstəricisidir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı isə tədbirin siyasi məzmununu daha da konkretləşdirdi:
Deputatın fikrincə, dövlət başçısının çıxışında Ermənistanın əvvəlki rəhbərliyinin törətdiyi ağır cinayətlərə və məsuliyyət məsələsinə toxunulması da mühüm siyasi mesaj idi:
"Azərbaycan keçmişi unutmayıb, lakin öz Zəfərindən sonra məsuliyyət məsələsini hüquqi müstəvidə həll etməyə üstünlük verib. Bakıda keçirilən məhkəmə prosesi bunun konkret nümunəsidir və Azərbaycanın dövlətçilik mövqeyinin mühüm göstəricisidir.
Eyni zamanda, Prezidentin beynəlxalq münasibətlərdə ikili standartlara və köhnəlmiş yanaşmalara diqqət çəkməsi də aktualdır. Bu gün dünya yeni siyasi reallıqlarla üz-üzədir. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə münasibətdə vahid meyarların tətbiqi, beynəlxalq hüququn bütün ölkələr üçün eyni prinsiplərlə işləməsi qlobal təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır".