​Türkiyənin Bursa şəhərində terror törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb

Region
  • 28 aprel, 2016
  • 06:12
​Türkiyənin Bursa şəhərində terror törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb

Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyənin Bursa şəhərində Ulucami məscidinin yaxınlığında terror aktı törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, şübhəlilərin bəziləri ölkənin başqa əyalətlərində tutulub və Bursaya aparılıb.

Qeyd edək ki, aprelin 27-də Bursa şəhərində Ulucami məscidinin yaxınlığında törədilən terror aktı nəticəsində 13 nəfər yaralanıb. Terror törədən qadın özünü partladaraq, öldürüb.