Türkiyəli professor: “Azərbaycan bölgədə etnik təmizləmə deyil, haqlı mübarizə aparır”

Region
  • 06 oktyabr, 2023
  • 13:28
Türkiyəli professor: “Azərbaycan bölgədə etnik təmizləmə deyil, haqlı mübarizə aparır”

“Azərbaycan bölgədə etnik təmizləmə deyil, öz haqlı mübarizəsini aparır. Erməni sakinlərə qarşı da gözəl imkanlar yaradılır”.

Bu fikirləri “Report”un Ankara bürosuna Ankara Universiteti Asiya-Sakit Okean Tədqiqatları Tətbiq və Araşdırma Mərkəzinin müdiri, professor Əli Merthan Dündar bildirib.

“Biz Azərbaycan türklərindən və ordusundan belə bir hərəkəti, pis niyyəti onsuz da gözləmirdik. Həm Azərbaycan, həm də türk və rus müşahidəçiləri tərəfindən bunun təzyiq, zorakılıq olmadığı təsdiq edilib. Eyni zamanda sosial mediada erməni vətəndaşlardan alınan açıqlamalarda da bunu gördük. Bundan əlavə, bütün ölkələrin bir araya gəldiyi BMT kimi bir qurumun təmsilçilərinin bölgədə araşdırma edib hər hansı bir problem olmadığını təsbit etməsi bu kimi iddiaların əsassız olduğunu göstərdi. Texnologiya dönəmindəyik və əgər belə hallar olsaydı, peyk vasitəsilə də görünərdi. Sübut yoxdur. Sadəcə, Azərbaycanın Qarabağ zəfərini aşağılamaq, soyuq ab-hava yaratmaq istəyirlər”, - professor vurğulayıb.

44 - Tezliklə