Türkiyədə yol qəzası olub, 11 nəfər yaralanıb

Region
  • 18 may, 2024
  • 11:36
Türkiyədə yol qəzası olub, 11 nəfər yaralanıb

Türkiyənin Sivas şəhərində yol qəzası olub.

“Report” “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Sivas-Kayseri yolunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Qəzanın səbəbi hələ məlum deyil.

44 - Tezliklə