"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək

Komanda
  • 13 oktyabr, 2026
  • 09:20
Gəncə FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək

"Gəncə" basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirəcək.

"Report"un məlumatına görə, Martin Knejeviçin baş məşqçisi olduğu komanda Yunanıstan təmsilçisi "Kolossos"u qəbul edəcək.

Qarşılaşma saat 19:00-da Gəncə İdman Sarayında baş tutacaq.

Xatırladaq ki, "Gəncə" ilk oyunda səfərdə Türkiyə təmsilçisi "Esenler Erokspor"a uduzub - 63:92.

44 - Tezliklə