Türkiyədə Qurban bayramı tətilində avtoqəzalarda 70 nəfər ölüb
- 01 iyun, 2026
- 14:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə Qurban bayramı tətili dövründə yol-nəqliyyat hadisələrində 70 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi özünün "X" sosial media hesabında məlumat yayıb.
Bildirib ki, Daxili İşlər Nazirliyinin 334 min 17 əməkdaşı bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün sutka ərzində fasiləsiz xidmət aparıb:
"Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə isə 66 481 əməkdaş və 49 826 xidmət avtomobili ilə nəzarət tədbirləri fasiləsiz davam etdirilib. Təəssüf ki, görülən bütün tədbirlərə baxmayaraq, Qurban bayramı tətili müddətində yol-nəqliyyat hadisələri nəticəsində 70 vətəndaşımız həyatını itirib".
Milyonlarca vatandaşımızın sıla-ı rahim için yollara çıktığı, sevdiklerine kavuşmanın mutluluğunu yaşadığı Kurban Bayramı tatilini geride bıraktık.
— Mustafa ÇİFTÇİ (@mustafaciftcitr) June 1, 2026
Bayram boyunca İçişleri Bakanlığımızın 334 bin 17 personeli, vatandaşlarımızın huzur ve güvenliği için 24 saat esasına göre görev…